Gəlmə turizm meneceri

Gəlmə turizm meneceri

SkyPax Travel
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    500 - 1000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    23 noyabr 2023

  • Bitmə tarixi

    23 dekabr 2023

  • E-mail E-poçt göstər

- Gəlmə turizm meneceri olaraq, siz beynəlxalq müştərilərimiz üçün tur paketləri və turist marşrutların planlaşdırılması və həyata keçirilməsində mühüm rol oynayacaqsınız. Siz bizim satış, marketinq və əməliyyat komandalarımızla sıx əməkdaşlıq edərək, müştərilərimizin səyahət təşkilinin bütün aspektlərinin qüsursuz şəkildə yerinə yetirilməsini təmin edəcəksiniz
- İdeal namizəd güclü ünsiyyət, problem həll etmə və təşkilatçılıq bacarıqlarına, habelə turizm sənayesində karyera yüksəlişi arzusunda olmalıdır

İş günü ərzində görüləcək işlər:

- Xarici və yerli turizm sənayesi nümayəndələri ilə əlaqələrin qurulması
- Müştərilərdən gələn sorğuların vaxtında və ətraflı cavablandırılması
- Turpaketlərin hazırlanması və qiymətlərinin hesablanması
- Qonaqların yerləşmə, qidalanma, gəzinti və digər xidmətlərinin bron olunması və turun gedişatına nəzarət
- Xarici turizm bazarlarının araşdırılması və yeni şirkətlərin əməkdaşlığa cəlb olunması

- İş saatları: (10:00-dan - 18:00-dək)
- Şənbə: (11:00-dan - 16:00-dək)
- İstirahət günü - bazar günü

Namizədə tələblər:

Azərbaycan və İngilis dillərində sərbəst yazma, oxuma və danışma bacarığı

Komputer proqramlarında sərbəst işləmək bacarığına malik olması (xüsusilə Microsoft Word və Microsoft Excel)

- Məsuliyyətli və işgüzar olmaq.
- Komanda ilə işləmə və mühitə tez uyğunlaşma
- Ünsiyyət qurma bacarığına malik olması
- Stresə dözümlülük
- Xarici ölkələrdə turizm sərgilərində iştirak etmək üçün beynəlxalq səyahətə hazır olmaq.
- Əmək haqqı müsahibə zamanı razılaşma yolu ilə təyin olunacaq

CV-nizi [email protected] adresinə göndərməyiniz xahiş olunur

CV-lərə baxıldıqdan sonra uyğun namizədlərlə əlaqə saxlanacaq

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox