Qeydiyyatçı

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Resepşn

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    12 avqust 2023

  • Bitmə tarixi

    11 sentyabr 2023

  • E-mail E-poçt göstər

EDUGrata Təhsil Mərkəzinin Xalqlar və Bakıxanov filialı üzrə "Qeydiyyatçı" vəzifəsinə vakansiya mövcuddur.

Vakansiya tələbləri: 

  • Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;
  • Öyrənmək və araşdırmaq qabiliyyəti;
  • Ünsiyyət qura bilmə bacarığı;
  • MS Office (Word, Excel əsasən) bilməyi üstünlükdür, əks halda öyrədiləcəkdir;
  • Ali təhsil və ya təcrübə şərt deyil, önəmli olan ilk üç şərtin olmasıdır;
  • Vakansiya xanımlar üçün nəzərdə tutulub (20-25 yaş daha məqsədə uyğundur);
  • Yaşayış ünvanı filiala yaxın olmağı üstünlükdür. 

Ünvan:

Xalqlar filialı Siyaqut şadlıq evinin yaxınlığı.

Bakıxanov filialı Aygün Mall-un 4-cü mərtəbəsi.

Namizədə tələblər:

Vakansiyanın şərtləri:

  • Günorta yeməyi şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı əməkdaşın bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
  • Əmək haqqı fiks maaş və bonuslarla tənzimlənir.
  • iş saatı 9:00-dan dərs saatları bitənə kimi nəzərə tutulub. Ən gec bitən dərsimiz həftənin müəyyən günləri 18:30-da olur. Qalan günlər 18:00-a kimi yekunlaşır.

Bizimlə çalışmağın üstünlükləri:

  • Fərdi və komanda şəklində inkişaf (əməkdaşlar üçün aylıq təlimlər təşkil edilir)
  • Əmək müqaviləsi, daim vaxtında ödənilən və artan maaş sistemi

Qeyd: 

  • Xahiş olunur ki, təhsil sahəsini sevən, təhsilə dəyər qatacağına inanan insanlar müraciət etsinlər. 
  • Biznesin idarə edilməsi, Menecment, Marketinq və s. kimi ixtisas məzunları və ya Subbakalavrlar (kollec məzunları) vakansiya üçün daha uyğun hesab edilir. Məqsədimiz uzunmüddətli əməkdaşlıqdır.
  • Gələcəkdə müəllim kimi çalışmaq istəyən pedaqoji ixtisas məzunları müəllim kimi müraciət etsələr daha faydalıdır.

Vakansiya üçün müraciət etmək istəyən şəxslər [email protected] adresinə "Qeydiyyatçı" başlığı ilə şəkilli CV fayllarını göndərə bilər. CV-ləri göndərərən zaman sizə uyğun filialı və doğum tarixinizi qeyd etməyi unutmayın.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox