Bakı
Satış təmsilçisi
Razılaşma ilə
Tam-ştat
Orta
01 noyabr 2023
01 dekabr 2023
İş qrafiki:
– Tam iş günü
– Həftə içi 09:00-18:00, şənbə 09:00-15:00
– İstirahət günü – Bazar günü
– Əmək haqqı: Müsabiqə zamanı razılaşma ilə
– Azərbaycan Respublikasının ƏM üzrə rəsmi qeydiyyat
– CV-ləri yalnız e-mailə göndərilməsi tələb olunur
Maraqlanan namizədlər mövzu hissəsində “Satış təmsilçisi” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərə bilər.
İş barədə məlumat:
Vəzifə öhdəlikləri:
– Bazar araşdırmasının aparılması, optimal qiymətin (keyfiyyət və s.) tapılması, satınalmaların (daxili və xarici) həyata keçirilməsi, müqavilələrin imzalanması prossesi, satıcılarla müntəzəm əlaqələrin qurulması;
– Qəbul edilmiş büdcəyə nəzarət edilməklə satınalma proqramı üzərindən alışların həyata keçirilməsinə nəzarət etməli;
– Ayın əvvəlində növbəti ayların alışları haqqında təfsilatlı hesabatın təqdim edilməsi;
– Müəssisənin mallara olan təlabatının müəyyənləşməsində iştirak etməli;
– Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılmasını aparmalı;
– Bazar üçün əhəmiyyət kəsb edən malların xarici ölkələrdəki istehsalçılarının araşdırılması;
– Satınalma hesabatlarının hazırlanması və analiz edilməsi;
– Etibarlı satıcı və təchizatçılar bazasının yaradılması;
– Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün şirkətdaxili idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlığın təşkil edilməsi;
– Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
– Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi;
– Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
– Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
– Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması.
Tələb olunur:
– Satınalma ixtisası üzrə minimum 2 il iş təcrübəsi olmalı
– Səlis istifadəçi səviyyəsində kompüterdə işləmə bacarığı
– Riyazi məsələləri həll etmə bacarığı
– Məntiqi düşüncə tərzi
– Qrammatik cəhətdən düzgün və səlist nitq
– Yeni məlumatları tez qavrama bacarığı və yaxşı yaddaş
– Komandada işləmə bacarığı
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.